Ana Sayfa > Karusel / Cəmiyyət > Sabah hava yağmursuz olacaq
Sabah hava yağmursuz olacaq5-11-2021, 12:19. Yazar: Admin |
Noyabrın 6-a gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq. Geri dön |