Ana Sayfa > Karusel / Gündəm > Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb

Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb


5-11-2021, 12:04. Yazar: Admin

 

Siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn il Milli Məclisdə deputatlarının təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 faiz çoxdur.


Geri dön