Ana Sayfa > Karusel / Gündəm > Hafiz Hacıyev evə buraxıldı - “Xəstəliyimə sevinənləri Allaha tapşırıram!”

Hafiz Hacıyev evə buraxıldı - “Xəstəliyimə sevinənləri Allaha tapşırıram!”


5-11-2021, 11:19. Yazar: Admin

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a partiya sədri özü məlumat verib.

 

Hazırda ev şəraitində müalicəsini davam etdirən Hafiz Hacıyev özünü yaxşı hiss etdiyini deyib:

 

“Doğrudur, tam yaxşı deyiləm, müalicə davam edir, oksigenlə dəstək alıram”.

 

H. Hacıyev danışmaqda çətinlik çəksə də, onun koronavirusa yoluxmasına sevinənlərə cavab verməkdən geri qalmayıb:

 

“Danışa bilmirəm. Allaha tapşırıram hamısını. Kim nə edir, Allah qarşısında cavabdehdir. Bu dünyada olmasa da, o biri dünyada cəzasını alacaq”.

 

Sədr koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.


Geri dön