Ermənistanın paytaxtı İrəvanda 15 nəfər pizzadan zəhərlənib.
Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
15 nəfər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si yeniyetmədir.
Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.