Ana Sayfa > Karusel / Gündəm > Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsertin çəkilişləri gedir

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsertin çəkilişləri gedir


5-11-2021, 10:26. Yazar: Admin

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunan konsertin çəkilişləri gedir

 

Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş konsert proqramının çəkilişləri gedir.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun  44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etməsi və şanlı zəfər tarixinə həsr olunan konsert 8 noyabr tarixində Azərbaycan Televiziyası ilə yayımlanacaq.

Konsertdə Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Brilliant Dadaşova, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və digər ifaçılar, musiqi qrupları çıxış edəcəklər. 

 







 


Geri dön