Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycanın “dəniz pişikləri” Füzuli-Cəbrayıl istiqamətində necə döyüşüb...
Azərbaycanın “dəniz pişikləri” Füzuli-Cəbrayıl istiqamətində necə döyüşüb...5-11-2021, 07:49. Yazar: Admin |
İctimai televiziya 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun ayrı-ayrı qoşun növlərinin apardıqları döyüşlərə həsr edilmiş, “Azərbaycanfilm” kinostudiyasının Mədəniyyət Nazirliyi ilə birgə çəkdiyi sənədli filmlər seriyasından növbəti filmi efirə verib. virtualaz.org xəbər verir ki, bu film Hərbi Dəniz Qüvvələrinin “Dəniz pişikləri” adlanan xüsusi təyinatlı qüvvələrinin cəbhənin cənub istiqamətində düşmənin on illərdir möhkəmləndirilmiş istehkamlarının yarılması, daha sonra Araz çayı sahili boyu irəliləməsi, Cəbrayılın Sultanlı və Əmirvar kəndləri ətrafında düşmənin üçüncü (və sonuncu) müdafiə eşalonunu keçmək üçün günlərlə davam edən amansız döyüşlər barədə danışılır.
Film “Dəniz pişikləri” xüsusi təyinatlı dəstəsinin ayrı-ayrı döyüşçülərinin, o cümlədən komandir heyətinin döyüşlərin ayrı-ayrı epizodlarına aid hekayələri üzərində qurulub və artıq azad edilmiş ərazilərin dron çəkilişləri ilə, habelə müharibə dövründə hərbçilərin mobil telefonlarla çəkdiyi qısa görüntülərlə müşaiyət olunur. Filmə əsasən “Dəniz pişikləri” Arazboyu ərazilərin azad edilməsində iştirak etdikdən sonra cəbhənin cənub-qərb istiqamətinə, Xocavəndə göndəriliblər. Orada isə hər kiçik təpə uğrunda amansız döyüşlər gedirdi, irəliləmək daha çətin idi, çünki düşmən əlverişli yüksəkliklərdə möhkəmlənib hücum edən xüsusi təyinatlılara qarşı inadlı müqavimət göstərirdi... Həmin filmi təqdim edirik:
Geri dön |