Mədəniyyət naziri Anar Kərimov ötən il təyin etdiyi xanım şöbə müdirini vəzifəsindən azad edib.
Qarabaginfo.az xəbər verir ki, Anar Kərimovun müvafiq əmri ilə Zemfira Hüseynbəyli Mədəniyyət Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub. Zemfira Hüseynbəyli işdən çıxmaqla bağlı özü ərizə yazıb.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-zadə xəbəri saytımıza təsdiqləyib.
Qeyd edək ki, Zemfira Hüseynbəyli ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, Zemfira Hüseynbəyli 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetini "Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Böyük Britaniyada Kingston London Universitetini "Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcəsi üzrə bitirib.