Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manata qaldırılır
Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manata qaldırılır4-11-2021, 17:26. Yazar: Admin |
2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. Qarabaginfo.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. 2021-ci ildə yaşayış minimumu 196 manat olub. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi. Geri dön |