Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb

Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb


4-11-2021, 17:01. Yazar: Admin

Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Pakistan Ticarət və Sənaye Palataları Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Konfederasiyadan Qarabaginfo.az-a verilən məlumata görə, sənədi ASK-nın prezidenti Məmməd Musayev və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Mian Nəsir Xan imzalayıblar.

Qeyd olunub ki, memorandum ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edir.


Geri dön