Ana Sayfa > Karusel / Kriminal > Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var


17-12-2018, 11:27. Yazar: Admin

 

 

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Qarabaginfo" "Report.az"ın Mərkəzi Aran bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü Ramin Əliağa oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı beton maneələrə çırpılıb. Nəticədə R.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

qəza ile ilgili görsel sonucu


Geri dön