Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib. Müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.
Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib: “Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub.
Nizaminin ədəbi irsi regional birlik üçün bir elementdir. İnanıram ki, bu forum konkret və səmərəli təkliflər təqdim edəcək ki, bu da beynəlxalq cəmiyyət üçün də önəmlidir. Həmçinin bu ortaq marağın tapılması beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqa və qarşılıqlı hörmətlə bağlı öhdəliklərin gücləndirilməsinə təkan verəcək”.