Ana Sayfa > Karusel / İdman > Böyük Dəbilqə: Elnur Əşrəfoğlu püşkatmadan əvvəl anılıb

Böyük Dəbilqə: Elnur Əşrəfoğlu püşkatmadan əvvəl anılıb


4-11-2021, 14:10. Yazar: Admin

 

Böyük Dəbilqə: Elnur Əşrəfoğlu püşkatmadan əvvəl anılıb

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Bakıda cüdo üzrə Böyük Dəbilqənin püşkatmasından əvvəl anılıb.

Qarabaginfo.az xəbər verir ki, tədbir bir dəqiqəlik sükutla başlayıb və Əşrəfoğlunun fotosu böyük ekranda göstərilib.

E. Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini olub.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.


Geri dön