Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib. Fransa hökumətinin saytında yer alan məlumatda bildirilir ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.
S. Viskonti 2016-ci ilin oktyabrından Fransanı Minsk Qrupunda təmsil edib.
B. Rokfeyl isə həmsədr təyin olunana qədər Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.
Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya da Minsk Qrupundakı nümayəndəsini dəyişib. 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi üçün indi Minsk Qrupu həmsədrləri faktiki olaraq işsiz qalıb.