“Vaksinləşmə inkişaf etməkdə olan ölkələrin bir çoxunda 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri- bərabər, ədalətsiz yanaşmadır”.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirib: “İnkişaf etmiş ölkələrdə bu göstərici 60-70 faiz qədər çatıb. Bu, qlobal pandemiyadır, hansısa bir ölkə bunu bitirə bilməz. Bütün ölkələr birlikdə pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, tezliklə bitsin”.