Ana Sayfa > Karusel / Region > Nikol Paşinyan: "Ölkə xəstəxanalarında yer yoxdur"
Nikol Paşinyan: "Ölkə xəstəxanalarında yer yoxdur"4-11-2021, 12:40. Yazar: Admin |
"Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib". Qarabaginfo.az “Aysor”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib. “Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, - deyə o vurğulayıb. N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunacaq. Geri dön |