Ana Sayfa > Karusel / Gündəm > Meyxanaçı Kərimin oğlu atasının vəziyyətindən danışdı

Meyxanaçı Kərimin oğlu atasının vəziyyətindən danışdı


4-11-2021, 11:20. Yazar: Admin
Ağakərimin oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR

 

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Qarabaginfo.az xəbər verir ki, Lent.az-a açıqlama verən söz ustasının oğlu atasının vəziyyətinin0 düzəlmədiyini bildirib:

"Vəziyyətində irəliləyiş yoxdur. Olduğu kimi qalır. İnsult elə bir xəstəlikdir ki, onun 10 gün, bir ay içində sağalması mümkün deyil. 4 ildir xəstədir, bu illər ərzində səhhətində irəliləyiş yox, geriləmə var".

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.


Geri dön