Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan etməyə hazırlaşır.
Məsələ parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul ediləcək budəfəki amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Qarabaginfo.az-ın məlumatına görə, bu, Azərbaycanda elan ediləcək 12-ci amnistiya aktı olacaq.
Bu günə ölkəmizdə 11 amnistiya aktı qəbul edilib.
Sonuncu amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin o vaxtkı deputatı, hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmişdi. 11-ci amnistiya aktı ümumilikdə 10 min məhkuma şamil olunmuşdu.
Yeri gəlmişkən, Azərbaycanda sonuncu əfv sərəncamı 18 mart 2021-ci il tarixində verilib.
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub. Həmin sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.