Ana Sayfa > Karusel / Cəmiyyət > Telman İsmayılovun həbsdən sonra ilk - Fotosu

Telman İsmayılovun həbsdən sonra ilk - Fotosu


4-11-2021, 08:25. Yazar: Admin

 

Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.

Qarabaginfo.az xəbər verir ki, fotonu jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşıb.

Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.

“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə E.Fətullayev şəklə şərh bildirib.

Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.(qafqazinfo.az)



Geri dön