Ana Sayfa > Karusel / Gündəm > Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə 3-cü doza vaksin olunmaları barədə iddialara münasibət bildirib

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə 3-cü doza vaksin olunmaları barədə iddialara münasibət bildirib


3-11-2021, 19:26. Yazar: Admin

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov Qarabaginfo.az-a açıqlamasında belə məcburiyyətin olmadığını deyib.

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".


Geri dön