Ana Sayfa > Karusel / Dünya > Sidney metrosunda Zəfər Gününə həsr olunmuş bilboardlar

Sidney metrosunda Zəfər Gününə həsr olunmuş bilboardlar


3-11-2021, 17:47. Yazar: Admin

Avstraliyanın Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr - Zəfər Günü ilə bağlı bilboardlar yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilboardlarda al qırmızı lalələrin fonunda Xarı Bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.


Geri dön