Ana Sayfa > Karusel / Region > “Zəngəzur dəhlizini açmasalar, biz də Laçın dəhlizini bağlayıb erməniləri mühasirəyə salacağıq“

“Zəngəzur dəhlizini açmasalar, biz də Laçın dəhlizini bağlayıb erməniləri mühasirəyə salacağıq“


3-11-2021, 17:36. Yazar: Admin
“Zəngəzur dəhlizini açmasalar, biz də Laçın dəhlizini bağlayıb erməniləri mühasirəyə salacağıq“

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb.

paşinyan sərsəm fikirlərindən əl çəkməyərək, xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpasının vacibliyini bəyan edib. 

Separatçıların lideri də öz növbəsində Qarabağ münaqişəsinin öz müqəddəratını təyinetmə hüququ prinsipi əsasında siyasi həllinin davam etdirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açqılamasında Qarabağdakı ermənilərə statusun verilməsinin qeyri-mümkün olduğunu deyib:

“Mən buna inanmıram. Möhtərəm Prezidentimiz də deyib ki, status gorbagor olub. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Ermənistana ABŞ dövlət katibinin müavini gəlmişdi və o, XİN rəhbəri Ararat Mirzoyanla görüşmüşdü. Orada ATƏT-in yenidən dirçədilməsi söhbəti qaldırıldı və bundan sonra ermənilərin ayağı yer aldı. Bəlkə, o müavin Paşinyanla da görüşüb, bilmirəm. Onun məqsədi 9 noyabr danışıqlarına pəl vurmaqdır”.

A.Abbas qeyd edib ki, əgər onlar status məsələsindən dəm vursalar və Zəngəzur dəhlizini açmasalar, onda biz də Laçın dəhlizini bağlayacağıq. Qalacaqlar orada mühasirədə, görək, nə qədər dözəcəklər və qala biləcəklər?

Milli Məclisin deputatı Paşinyanın sərsəm açıqlamasını şərh edərkən deyib:

“Paşinyan belə sözlərlə daxili auditoriyaya oynayır. Həm də, ermənilər Qarabağdan köçürlər və onların köçməsinin qarşısını almaq üçün belə sözlər deyilir. Ermənistanın Qarabağdan köçənlərin qarşısını almağa və oradan Ermənistana gələnləri qarşılamağa, hətta onları yerləşdirməyə gücü yoxdur. Bunu öz mətbuatları da yazır:

“Yəni uzun sözün qısası, əsas məqsəd status məsələləriylə oradakı əhalini saxlamaqdır. Ermənilər də bic adamlardırlar. Onlar bilir ki, orada qalmaq onlara sərf etmir. Özü də Ermənistana gedənlər, daha sonra oranı da tərk edirlər. Son 9 ayda 35 min erməni Ermənistanı tərk edib. Bunu onların öz Statistika İdarəsi deyir”.


Geri dön