Ana Sayfa > Karusel / Gündəm > TƏBİB: "Dördüncü doza insanların öz istəyi ilə vurula bilər"
TƏBİB: "Dördüncü doza insanların öz istəyi ilə vurula bilər"3-11-2021, 17:23. Yazar: Admin |
"Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra “buster” dozaların vurulması tövsiyə olunur". Qarabaginfo.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib. "4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər", - deyə o vurğulayıb. Geri dön |