Ana Sayfa > Karusel / Gündəm > Yoluxma yenidən artdı - 21 nəfər öldü

Yoluxma yenidən artdı - 21 nəfər öldü


3-11-2021, 15:24. Yazar: Admin

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

 

Ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.

 

Azərbaycanda 2 256 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb - Gallery Image

Geri dön