Ana Sayfa > Karusel / Gündəm > Tərtərdə bərpa olunan evlərin sayı açıqlanıb
Tərtərdə bərpa olunan evlərin sayı açıqlanıb3-11-2021, 14:17. Yazar: Admin |
"Vətən müharibəsində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7 056 akt bağlanıb. Onlardan 6 003-ü insanların yaşayış və qeyri-yaşayış obyektləridir". Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Onun sözlərinə görə, həmin obyektlərdən böyük əksəriyyəti təmir olunub: "Yalnız 44 obyekt qalıb. Onların təmiri üçün hələlik iş başlamayıb. Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir. Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq". Geri dön |