Ana Sayfa > Karusel / Siyasət > XİN başçısı: "Azərbaycan bölgədə uzunmüddətli sülhün təmin olunması mövqeyindən çıxış edir"

XİN başçısı: "Azərbaycan bölgədə uzunmüddətli sülhün təmin olunması mövqeyindən çıxış edir"


3-11-2021, 14:05. Yazar: Admin

 

XİN başçısı: Azərbaycan bölgədə uzunmüddətli sülhün təmin olunması mövqeyindən çıxış edir

"Azərbaycan bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış edir".

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri senator Antonio Anastasia ilə görüşündə deyib.

Nazir həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, bunun doğurduğu ağır fəsadlar, 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə qarşı tərəfə məlumat verib.

O, üçtərəfli bəyanatların icrası ilə bağlı, o cümlədən iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən görülən tədbirlər haqqında danışıb.

Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb.


Geri dön