Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Braziliya Senatının üzvü ilə görüşüb
Ceyhun Bayramov Braziliya Senatının üzvü ilə görüşüb3-11-2021, 14:02. Yazar: Admin |
Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri senator Antonio Anastasia ilə görüşüb. Bu barədə Qarabaginfo.az-a XİN-dən məlumat verilib. C.Bayramov Braziliya senatorunu səmimiyyətlə salamlayıb, Azərbaycanın Braziliya ilə münasibətlərinin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Parlament müstəvisində münasibətlərin inkişafının bilavasitə insanlar arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyi qeyd edilib. Nazir, senatorun həyata keçirdiyi səfərin və səfər çərçivəsində baş tutmuş çoxsaylı görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. O, ölkələrimiz arasında mövcud olan siyasi dialoqdan məmnunluq ifadə edərək, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi, habelə humanitar, mədəniyyət, təhsil və s. sahələrdə əlaqələrin genişləndiriləsində maraqlı olduğumuzu bildirib. Geri dön |