Ana Sayfa > Karusel / Gündəm > Fəhlə öldü – Cinayət işi açıldı

Fəhlə öldü – Cinayət işi açıldı


3-11-2021, 12:17. Yazar: Admin

Noyabrın 2-si saat 10 radələrində Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

İlkin araşdırmalarla müəyyən olunub ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Geri dön