Ana Sayfa > Karusel / Gündəm > Ötən gün toya gedən 7 nəfər cərimələndi
Ötən gün toya gedən 7 nəfər cərimələndi3-11-2021, 10:20. Yazar: Admin |
Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 9 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Geri dön |