Ana Sayfa > Karusel / Gündəm > Zəngəzur dəhlizi ilə yükdaşımaya görə Ermənistana rüsum ödəniləcək? - AÇIQLAMA
Zəngəzur dəhlizi ilə yükdaşımaya görə Ermənistana rüsum ödəniləcək? - AÇIQLAMA3-11-2021, 10:15. Yazar: Admin |
Ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla başa çatdı. Amma bəyanatda öz əksini tapan Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar hələ ki nəticəsiz qalır.
Bəs Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan tərəfi Ermənistana ərazidən keçəcək yüklərə görə gömrük rüsumu ödəyəcəkmi?
Qarabaginfo.az xəbər verir ki, Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib ki, belə dəhlizlər istifadəyə verilən zaman keçidlə bağlı prinsiplər ölkələr arasında razılaşdırılır:
“Nəzərə alaq ki, beynəlxalq təcrübədə belə dəhlizlər istifadəyə verilən zaman xüsusi gömrük rejimi tətbiq olunmur. Çünki bu, ölkənin iki hissəsini birləşdirən dəhlizdir. Dəhliz Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək. Buradan məhsulların, sərnişinlərin daşınması həyata keçiriləcək, o baxımdan gömrük rüsumu tətbiq olunmaya bilər. Hər hansı qaydaların tətbiq olunması məhz aparılan danışıqlar əsasında müəyyənləşəcək. Nəzərə alsaq ki, üçtərəfli danışıqlar gedir, bunun nəticəsi olaraq, hansı prinsiplərin müəyyənləşdirməsinə sonda qərar veriləcək”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, iki ölkə arasında qarşılıqlı razılaşmalar əsasında rüsum ödənişi ola bilər: “İki ölkə arasında dəhlizə aid hansısa qərarlar qəbul olunacaq. İndiki mərhələ biz görürük ki, orada təhlükəsizlik məsələləri əsasdır. Amma qarşılıqlı olaraq, xüsusi razılaşdırmalar əsasında məsələ həll edilə bilər. Unutmamalıyıq ki, ermənilər də dəhlizdən və Azərbaycan torpaqlarından keçəcək. Bunun üçün də tranzit rüsumları ola bilər”. Geri dön |