Ana Sayfa > Karusel / Region > Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadıldı

Ermənistanın keçmiş baş prokurorunun həbs müddəti 2 ay uzadıldı


3-11-2021, 07:52. Yazar: Admin

Ermənistan İstintaq Komitəsinin sabiq sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb. Bu barədə "Sputnik Armeniya" xəbər verir. Ovsepyanın vəkili Sasun Rafaelyan bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək.

Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub. O qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. 


Geri dön