Ana Sayfa > Karusel / Siyasət > Ukraynanın müdafiə naziri istefa verib
Ukraynanın müdafiə naziri istefa verib2-11-2021, 21:07. Yazar: Admin |
Andrey Taran
Ukraynanın müdafiə naziri Andrey Taran istefa verib. Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı sözçüsü Taras Melniçuk məlumat verib. Melniçuk öz teleqram kanalında yazıb ki, Taran istefa ərizəsini Radaya təqdim edib. Qeyd edək ki, Andrey Taran 2020-ci il martın 4-dən müdafiə naziri vəzifəsində çalışır. Bundan əvvəl Ali Radadakı "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Taranın səhhətindən şikayəti var və bununla bağlı nazirliyə başqa şəxs rəhbərlik edə bilər.(Report) Geri dön |