Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov və Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Ceyhun Bayramov və Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər2-11-2021, 18:43. Yazar: Admin |
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər, ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər, eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Geri dön |