Ana Sayfa > Karusel / Siyasət > Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı layihəsi MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB
Zəfər Günü münasibətilə hazırlanmış Amnistiya Aktı layihəsi MM-in plenar iclasına tövsiyə edilib - YENİLƏNİB2-11-2021, 18:16. Yazar: Admin |
Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib. Qarabaginfo.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, təhqiqat, istintaq orqanları və bütün məhkəmə instansiyaları tərəfindən amnistiya tətbiq edilməsi bu amnistiyanın xüsusiyyətlərindəndir. Həmçinin, Amnistiya Aktı ilə məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi də nəzərdə tutulur. Müzakirələrdən sonra layihə parlamentin növbəti plenar iclasına tövsiyə olunub. Geri dön |