Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə V. Zelenski "Twitter"də bildirib.
Görüş Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub.
Danışıqlar zamanı Donbasdakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.
“ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkədəki islahatları dəstəkləməyə davam edir”, - Ukrayna Prezidenti qeyd edib.