Ana Sayfa > Karusel / Sosial > Bu il yenə vətəndaşlar istiliksiz qalacaq? - “BORCUMUZ YOXDUR”
Bu il yenə vətəndaşlar istiliksiz qalacaq? - “BORCUMUZ YOXDUR”2-11-2021, 15:12. Yazar: Admin |
“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarda, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlayıb. İllərdir qurumun “Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borcu üzündən, hər il istiliyin verilməsi gecikdirilir. Hətta 2019-2020-ci illərdə dövlət borcun ödənilməsini öz üzərinə götürmüşdü.
Bəs, bu il necə, vətəndaşları yenə eyni aqibət gözləyir?
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ hər il dövlət tərəfindən tənzimlənir:
“Borc hər ay yaranır. Qazanxanalar işlədikcə aysonu cari borclar artır. Müəyyən qədər “Azəristiliktəhcizat” tətrəfindən tədbirlər görülür. Qalanı da dövlət tərəfindən tənzimlənir. Yəni, köhnə borc yoxdur. Olan borclarda cari mövsümdə yaranan borclardır”.
Rafiq Əliyev hələ ki hansısa problemin olmadığını qeyd edib:
“Biz çalışırıq ki, iki dövlət idarəsi arasında olan borc məsələsinə görə vətəndaşlarımız əziyyət çəkməsin. Hələ ki elə bir təhlükə də görmürük. İşlərimiz normal qaydada davam etdirilir, qazanxanalarımız payız-qış mövsümünə hazırdır. Noyabrın 15-dən etibarən istilik mövsümünə başlanılacaq”.modern az
Geri dön |