Ana Sayfa > Karusel / Sosial > Yol polisindən sürücülərə daha bir XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə daha bir XƏBƏRDARLIQ2-11-2021, 14:52. Yazar: Admin |
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusi təyinatlı avtomobillərə yol verməyən sürücülərə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib ki, ötən gün sosial şəbəkələrdə yayılan yanğınsöndürən xüsusi təyinatlı avtomobilə yol verməyən sürücünün hərəkətləri cəmiyyətin qınaq obyektinə çevrilib. Belə sürücülərin diqqətinə bir daha çatdırmaq istəyirik ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyata qoşularaq hərəkət etdiyinə görə sürücüyə 100 manat məbləğində cərimə, üç cərimə balı nəzərdə tutulur. Məsələnin inzibati tərəfindən də qat-qat üstün olan həyati əhəmiyyətini nəzərə alıb, belə addımlara yol verən sürücülərin cəmiyyət qarşısında hər bir kəsin qınaq obyektinə çevirilməsi zəruridir ki, belə hallardan çəkinsinlər”, - deyə xəbərdarlıqda qeyd olunub. Geri dön |