Ana Sayfa > Karusel / Dünya > Azərbaycan Pakistanın "JF-17 Thunder" qırıcılarını alacaq

Azərbaycan Pakistanın "JF-17 Thunder" qırıcılarını alacaq


2-11-2021, 14:34. Yazar: Admin

Bakı Pakistanın "JF-17 Thunder" qırıcılarını almaqda maraqlıdır. Bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi Mehman Novruzov bildirib.

“Pakistandan JF-17 Thunder təyyarələrinin alınması gündəmimizin əsas məsələsidir”, - Novruzov Pakistanın “Dünya News” nəşrinə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Pakistandan xüsusilə müasir "JF-17 Thunder Block 3" qırıcısını almaq niyyətindədir. 

Novruzov əlavə edib ki, "Azərbaycan Hərbi Hava Qüvvələri öz hərbi texnika parkının, xüsusən də qırıcıların müasirləşdirilməsi üçün ciddi səylər göstərir və bu istiqamətdə Pakistanla birgə iş aparılır".

"JF Thunder" Çin-Pakistan birgə istehsalı olan qırıcı-bombardmançı təyyarəsidir. Onun son modifikasiyasının qiyməti 25 milyon dollardan bir qədər artıqdır.

(virtualaz.org)


Geri dön