Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Erika Olson regional əməkdaşlığı və ikitərəfli məsələləri müzakirə edəcək.
O, noyabrın 2-si və 4-ü aralığında İrəvanda ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin və ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şoferin təmsil olunacağı görüşdə iştirak edəcək.
Xatırladaq ki, ABŞ-ın Cənubi Qafqazdakı nümayəndəliklərinin rəhbərlərinin öncəki görüşləri 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tiflisdə keçirilib.