Ana Sayfa > Karusel / Gündəm > UEFA-dan “Qarabağ”ın oyununa təyinat

UEFA-dan “Qarabağ”ın oyununa təyinat


2-11-2021, 13:50. Yazar: Admin

UEFA-dan “Qarabağ”ın oyununa təyinat

 

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyununun hakimləri bəlli olub.
 
Qarabaginfo.az xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
 
FIFA referisi Dumitri Muntean matçda əsas söz sahibi olacaq. Ona, yan xətlərdə Andrei Bodean və Victor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Veaçeslav Banari yerinə yetirəcək.
 
Qeyd edək ki, "Kayrat" - "Qarabağ" görüşü 4 noyabr tarixində, Bakı vaxtilə saat 19:30-da baş tutacaq.


Geri dön