Ana Sayfa > Karusel / Gündəm > Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib


2-11-2021, 12:32. Yazar: Admin

 

Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı T.Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.

Səhiyyə Nazirliyi faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.


Geri dön