Ana Sayfa > Karusel / Dünya > İşıq pulu borcuna görə Super Liqa klubu dağılır

İşıq pulu borcuna görə Super Liqa klubu dağılır


2-11-2021, 10:20. Yazar: Admin

İşıq pulu borcuna görə Super Liqa klubu dağılır

Çin futbolunda qeyri-adi hadisə yaşanıb.

Qarabaginfo.az xəbər verir ki, Super Liqa klubu “Hibey” aşağı yaş qrupu üzrə komandalarının hamısına məcburi məzuniyyət verib.

Buna səbəb isə klubun məşq bazasının işıq pulunu ödəyə bilməməsidir: “Məlum səbəblərdən bazanın işıq pulunu ödəyə bilmirik. Xərcləri qarşılamaq məqsədilə 12, 13, 16 və 17 yaşadək komandaların oyunçuları noyabrın 3-dən etibarən məzuniyyətə buraxılacaq”.

Ciddi maliyyə böhranı yaşayan “Hibey”in dekabrda start götürəcək yeni mövsümə qatılıb-qatılmayacağı bəlli deyil. Adıçəkilən klubun fəaliyyətini dayandırması gözlənilir.(Apasport)


Geri dön