Ana Sayfa > Karusel / Qarabağ > ““Artsax” bitdi, indi məsələ Zəngəzurdur” - Qriqoryan
““Artsax” bitdi, indi məsələ Zəngəzurdur” - Qriqoryan2-11-2021, 09:38. Yazar: Admin |
Ermənistanda Qarabağ məsələsi sərhədlərin demarkasiya və delimitasiyasından sonra tamamilə gündəlikdən çıxarılacaq. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənədlərin imzalanması ilə Ermənistan dövləti rəsmi şəkildə Qarabağı Azərbaycan torpağı kimi etiraf etmiş olacaq. Bu sözləri erməni siyasi icmalçı Qalust Qriqoryan deyib. “Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğul olur. Keçək Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan ediyi fikirlərə: “Ermənistan demarkasiya və delimitasiyası prosesinə başlamağa hazırdır”. Bu o deməkdir ki, “arsax” məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!” - erməni ekspert qeyd edib.(Axar.az) Geri dön |