Ana Sayfa > Karusel / Region > Rusiya ASALA və “Daşnaksütyun” əlaltılarını öz ərazisinə buraxmayacaq

Rusiya ASALA və “Daşnaksütyun” əlaltılarını öz ərazisinə buraxmayacaq


1-11-2021, 20:12. Yazar: Admin

Rusiya ASALA terrorçularının və "Daşnaksütyun" partiyasının silahlı qanadının əlaltılarını öz ərazisinə daxil olmasını qadağan edib. Bunu öz teleqram kanalında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko yazıb.

“ASALA terror təşkilatı və "Daşnaksütyun" partiyasının silahlı qanadı ilə əlaqələri olan Ermənistan vətəndaşlarının Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub”, - Korotçenko qeyd edib.

Qeyd edək ki ASALA terror təşkilatı olan 1975-ci ildə yaranıb. Məqsədi terrorla Türkiyənin maraqlarına zərbə vurmaq idi. Erməni millətçilərindən ibarət təşkilat illər ərzində diplomatlara, siyasətçilərə və mülki şəxslərə qarşı terror aktları törədib. ASALA-nın hücumları nəticəsində 30-dan çox türk diplomatı və onların ailə üzvləri həlak olub.

“Daşnaksütyun” partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Partiyanın əsas məqsədi Azərbaycanın (Qarabağ və Naxçıvan) və Türkiyənin (Anadolu) ərazisində “Böyük Ermənistan” yaratmaqdır.(Virtualaz.org)


Geri dön