Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Məmmədyarov erməni nazirlə görüşü şərh etdi  

Məmmədyarov erməni nazirlə görüşü şərh etdi  


6-12-2018, 11:40. Yazar: Admin

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

"Qarabaginfo" Xarici İşlər Nazirliyindən "Modern.az"-a verilən məlumata istinadən bildirir ki, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb".

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

 


Geri dön