Ana Sayfa > Karusel / Siyasət > Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işi başlanılıb

Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işi başlanılıb


1-11-2021, 12:33. Yazar: Admin

Xanlar Vəliyev

 


“İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.


Geri dön