Ana Sayfa > Karusel / İqtisadiyyat > Dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq

Dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq


1-11-2021, 12:08. Yazar: Admin

Dağ-mədən ayırması statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq

Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə dövlət rüsumu tutulacaq.
Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.72-ci maddəyə əsasən, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsinə görə 50 manat dövlət rüsumu tutulacaq.


Geri dön