Ana Sayfa > Karusel / Gündəm > Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu qaldırılır

Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu qaldırılır


1-11-2021, 11:35. Yazar: Admin

Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu qaldırılır


Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumları dəyişir.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu sahədə dövlət rüsumları Bakı şəhəri üzrə 60 manatdan 90 manata, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 20 manatdan 30 manata, digər regionlar üzrə 10 manatdan 15 manata qaldırılır.

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.


Geri dön