Ana Sayfa > Karusel / Siyasət > Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları bu gün Bakıya səfər edəcək

Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları bu gün Bakıya səfər edəcək


31-10-2021, 17:48. Yazar: Admin

 Baş Prokurorluq vətəndaşlara müraciət etdi 

Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.
Baş Prokurorluğun Mətbuat xidməti  məlumatı təsdiqləyib.(Apa)


Geri dön