Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb. Türkiyənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 min 163 nəfər test edilib, onların 23 min 96-nın koronavirus testi pozitiv nəticə verib, 28 min 632 nəfər müalicə olunaraq sağalıb.