Ana Sayfa > Karusel / Gündəm > "Bakı Metropoliteni" "28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib
"Bakı Metropoliteni" "28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib30-10-2021, 18:12. Yazar: Admin |
“28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib. Qarabaginfo.az-a xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb. "Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib. Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəsizliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub. Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir. Geri dön |